İmam Əli (ə) hərəmi Almaniyadakı müsəlman icması arasında Qurani-Kərim təlimlərinin yayılması məqsədilə xanımlar üçün virtual Quran məktəbi açıb.
İmam Əli (ə) hərəminin xanımların Quran evi (darul-Quran) xanımların Quran tədrisi bölməsi Almaniyada xanımlar üçün fəaliyyət göstərəcək «Kövsər» Virtual Quran Məktəbinin açıldığını elan edib.
Bu təşəbbüs mühacirət ölkələrində yaşayan müsəlmanların ehtiyaclarına uyğun ixtisaslaşmış və onlayn tədris proqramları vasitəsilə Quran maarifinin yayılması və Qurani-Kərim təlimlərinin genişləndirilməsi məqsədilə həyata keçirilib.
Xaricdə yaşayan müsəlmanların ehtiyaclarına cavab
Xanımların Quran tədrisi bölməsinin rəhbəri Dəlal Təbatəbai imam Əli (ə) hərəminin xəbər mərkəzinə açıqlamasında bildirib:
“Kövsər” Virtual Quran Məktəbinin açılması mühacirətdə yaşayan müsəlman qadın və qızların artan ehtiyaclarına cavab vermək məqsədi daşıyır. Bu mərkəz onların Qurani-Kərim və Quran elmlərini sistemli və etibarlı şəkildə öyrənməsi üçün münasib bir mühit yaradacaq.
İslam kimliyinin möhkəmləndirilməsi
Dəlal Təbatəbai əlavə edib:
«Bu məktəbin məqsədi yalnız Qurani-Kərimin düzgün qiraəti və əzbərinin öyrədilməsi ilə məhdudlaşmır. Məktəb eyni zamanda müsəlman icması arasında Quran mədəniyyətinin yayılması, İslam kimliyinin möhkəmləndirilməsi və yaşadıqları cəmiyyətlərdə İslamın ali dəyərlərini tanıda biləcək imanlı, savadlı və bacarıqlı şəxsiyyətlərin yetişdirilməsini də əsas vəzifələrindən biri hesab edir.»
Məktəbdə uşaqlar, yeniyetmələr, gənc qızlar və xanımlar üçün müxtəlif tədris proqramları təşkil olunacaq. Bu proqramlara təcvid qaydalarına uyğun Qurani-Kərimin düzgün qiraəti, Quranın əzbərlənməsi, təfsir və ilahi ayələr üzərində təfəkkür dərsləri, eləcə də müasir onlayn təhsil sistemlərindən istifadə daxildir.
Bu imkanlar iştirakçılara ixtisaslı müəllimlərlə davamlı əlaqə saxlamağa, tədris prosesini müntəzəm izləməyə və Qurani-Kərim sahəsindəki bilik və bacarıqlarını daha da inkişaf etdirməyə şərait yaradacaq.



