İraqlı yeniyetmələr İmam Əli (ə) hərəminin yaxınlığında Hüseyni matəm mərasimləri keçirdilər.
İraqlı yeniyetmələr Kərbəla qəhrəmanı, imam Hüseynin (ə) sədaqətli qardaşı oğlu həzrət Qasimin (ə) xatirəsini yad edərək imam Əli (ə) hərəminin yaxınlığında əzadarlıq mərasimi təşkil etdilər.
Bu mərasimlər zamanı yeniyetmələr Kərbəla məktəbinin dəyərlərinə sədaqətlərini nümayiş etdirərək Həzrət Qasimin (ə) fədakarlığını və İslam yolunda göstərdiyi qəhrəmanlığı ehtiramla anmışlar. Belə mərasimlər Hüseyni mədəniyyətin gənc nəslə ötürülməsi və Aşura mesajının yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.








